Dağıdılmış evlərin bərpası üçün 6 şirkətə 18 milyon manat ayrıldı – SİYAHI


Şəhərsalma və Arxitektura Komitəsi “Ermənistan Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri” ilə əlaqədar tender müsabiqəsi keçirib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi dəyəri 17 milyon 936 min 25 manat 67 qəpik olan tender müsabiqələrinin qalibi 6 şirkət olub. Bu şirkətlər Gəncə, Tərtər, Füzuli, Naftalan, Ağcabədi, Goranboy, Beyləqan, Mingəçevir, Ağdam və Bərdədə tikinti, təmir və bərpa işlərini görəcəklər.
Ayrılan vəsait şirkətlər arasında aşağıdakı kimi bölünüb:
-  “Real-İnşaat” MMC (VÖEN-3400157541) – 5 milyon 454 min 248 manat 45 qəpik
-  “PARLAQ-N” MMC (VÖEN- 5400938581) – 4 milyon 860 min 18 manat 77 qəpik
-  “RABİTƏİNŞAAT” ASC (VÖEN- 1500090621) – 2 milyon 314 min 710 manat 35 qəpik
-  “Az Graft Construction” MMC (VÖEN- 6200389011) – 2 milyon 244 min 369 manat 29 qəpik
-  “İnşaat Servis-2” MMC (VÖEN- 1001716061) – 1 milyon 694 min 131 manat 98 qəpik
-  “AZ-Caspian Construction” MMC  (VÖEN- 1200409991) – 1 milyon 368 min 546 manat 83 qəpik

 

DİGƏR XƏBƏRLƏR

Top