İyul ayının 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Davit Davityan Tiqrani və Gevorq Sucyan Rubenoviçin məhkəmə prosesi keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, saat 10:00-da başlayacaq məhkəmə iclasına hakim Əli Məmmədov sədrlik edəcək.
Qeyd edək ki, adları qeyd olunan şəxslər Cinayət Məcəlləsinin 276-cı maddəsilə (casusluq) ittiham olunurlar.
Mətbuatda yer alan məlumatlarda bildirilir ki, Rusiya vətəndaşı olan Gevorq Sucyan bloger kimi tanınıb və Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı ilə Kəlbəcər rayonuna gələrək orada casusluq məqsədilə çəkilişlər edib.