"Henley&Partners" şirkəti müxtəlif ölkələrin vətəndaşları üçün hərəkət azadlığı dərəcəsini göstərən növbəti pasport reytinqini dərc edib.
Yeniavaz.com "Henley&Partners" şirkəti tərəfindən açıqlanan hesabata istinadən bildirir ki, Azərbaycan pasportu reytinq siyahısında də 80-cı yerdə qərarlaşıb.
Reytinq siyahısı vizasız ya da sərhəd qapısında viza alaraq ziyarət edə biləcəkləri ölkələrin sayına əsasən tərtib edilir. Hesabatda bildirilir ki, Azərbaycan pasportu ilə dünyanın 68 ölkəsinə vizasız ya da sərhəd qapısında viza alaraq getmək mümkündür.
Reytinq siyahısında ilk sırda qərarlaşan Yaponiya pasportu ilə 193 ölkəyə vizasız səfər etmək mümkündür.
Siyahıda ilk onluqda yer alan ölkələr bunlar olub:
Ölkələr | Vizasız gedə biləcəkləri ölkələrin sayı | |
1 | Yaponiya | 193 |
2 | Sinqapur | 192 |
3 | Almaniya | 191 |
4 | Cənubi Koreya | 191 |
5 | Finlandiya | 190 |
6 | İtaliya | 190 |
7 | İspaniya | 190 |
8 | Lüksemburq | 190 |
9 | Danimarka | 189 |
10 | Avstrya | 189 |
Onu da qeyd edək ki, Azərbaycan pasportu region ölkələri arasında orta sıralarda qərarlaşıb. Region ölkələrinin reytinq sıralamasıdakı mövqeyi belə olub:
Ölkələr | Vizasız gedə biləcəkləri ölkələrin sayı | |
37 | Ukrayna | 137 |
49 | Moldova | 121 |
51 | Rusiya | 119 |
54 | Gürcüstan | 116 |
56 | Türkiyə | 111 |
73 | Belarus | 77 |
74 | Qazaxıstan | 75 |
80 | Azərbaycan | 68 |
84 | Ermənistan | 64 |
85 | Qırğızıstan | 63 |
90 | Tacikistan | 58 |
91 | Özbəkistan | 57 |
95 | Türkmənistan | 53 |
105 | İran | 42 |
Siyahıda son sırda yer alan ölkələr isə bunlar olub:
Ölkələr | Vizasız gedə biləcəkləri ölkələrin sayı | |
116 | Əfqanıstan | 26 |
115 | İraq | 28 |
114 | Suriya | 29 |
113 | Pakistan | 32 |
112 | Yəmən | 33 |
111 | Somali | 34 |
- Cəfərov