İsrail son istifadə tarixi yaxınlaşan peyvəndləri bu ölkə ilə dəyişəcək


İsrail son istifadə tarixi yaxınlaşan 700 min doza " Pfizer" peyvəndini Cənubi Koreya ilə mübadilə edəcək.
Yeniavaz.com
"AA"ya istinadla xəbər verir ki, bu barədə İsrail hökuməti xəbər yayıb. Verilən məlumata görə, son istifadə tarixi yaxınlaşan "Pfizer" peyvəndi Cənubi Koreya ilə mübadilə ediləcək. Cənubi Koreya isə bunun qarşılığında sentyabr və oktyabr aylarında "BioNTech-Pfizer"dən alacağı 700 min doza peyvəndi İsrailə göndərəcək.
Qeyd edək ki, İsrail iyunun 18-də peyvəndlərin mübadiləsi barədə Fələstinlə razılığa gəlmişdi. Lakin, Fələstin peyvəndlərin son istifadə müddətinin tez bitəcəyini əsas gətirib, müqaviləni ləğv etdi.

DİGƏR XƏBƏRLƏR

Top