"Ümumiyyətlə Xəzər dənizində sualtı palçıq vulkanları 200 ədəddir, onlardan 120-si azərbaycan sektoruna aiddir. Ondan başqa Abşeron arxipelaqında 8 vulkan mənşəli ada var".
Yeniavaz.com xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə vulkan püskürməsi barədə keçirilən mətbuat konfransında deyib.