“Medianın İnkişafı Agentliyi” Publik hüquqi şəxs tərəfindən keçirilən tender müsabiqələrinin qalibləri məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi məbləği 146 min 283 manat 47 qəpik olan tender müsabiqələrinin qalibləri Orucova Ruhiyyə Müseyib qızı, “Paradox Studio” MMC və “Tandem Biznes” MMC olub.
Medianın İnkişafı Agentliyi Orucova Ruhiyyə Müseyib qızından (vergi ödəyicisi deyil) 5 ay müddətinə 91 min 200 manat dəyərində icarə xidməti satın alacaq.
Medianın İnkişafı Agentliyi internet sayıtının, loqotip və brendinqinin hazırlanması xidmətləri üçün “Paradox Studio” MMC-yə 15 min 104 manat ödəyəcək.
Bunlardan başqa agentlik cari təmir işləri üçün “Tandem Biznes” MMC-yə 39 min 979 manat 47 qəpik vəsait ayıracaq.