Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı müharibənin zəfərlə bitməsində pay sahibi olanlardan biri, Sumqayıt şəhər sakini, əsgər Alxasov Camal İlqar oğlu protezlə təmin edilib.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, bu barədə cəsur döyüşçümüzün özü məlumat verib.
Hazırda “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə olan Camal Alxasovun reabilitasiya prosesi davam edir.
“Türkiyədə Özəl Küveyt-İstanbul Protez Mərkəzində reabilitasiya prosesləri gedir. Hazırlanan protezlə yavaş-yavaş gəzməyə başlayıram. Müalicəm davam edir. Hər şey qaydasındadır. İnşallah bazar günü səhər tezdən Vətənə qayıdacam”, - deyə C.Alxasov bildirib.
Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Alxasov Camal İlqar oğlu “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.