Bu gündən "Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyindən çıxarılır


“Naxçıvan” Beynəlxalq Hava Limanının Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilməsi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərarda edilmiş dəyişikliyə əsasən bu gündən "Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyindən çıxarılıb.

Bununla bağlı qərarı Baş nazir Əli Əsədov iyunun 23-də imzalayıb.

Dəyişikliyə əsasən, "Naxçıvan” Beynəlxalq Hava Limanı "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyindən çıxarılaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilib.

Qərar bu gündən qüvvəyə minib.

DİGƏR XƏBƏRLƏR

Top