
"İnstagram"da narkotik vasitələrin Azərbaycanda satışı ilə məşğul olan onlarla səhifə mövcuddur.
Yeniavaz.com xəbər verir ki, sözügedən səhifələri narkotik vasitələrin adlarını axtarış yerinə yazaraq görmək mümkündür. Narkotik vasitələrin satışını həyata keçirən belə səhifələr, “məhsullar”ın qiyməti və təhvil verildiyi məkanı da, açıq-aşkar fotolarlarla göstərirlər. Ən çox satışı həyata keçirilən narkotik vasitələr isə “patı” adlanan, psixotrop maddə olan metamfetamin və “kola” adlanan digər bir psixotrop maddədir.





Qeyd edək ki, sosial şəbəkələrdə bir sıra istifadəçilər Azərbaycanda son aylarda əhali arasında "patı" adı ilə tanınan metamfetaminin geniş yayıldığını və polisin narkotik satışına göz yumduğunu iddia etmiş, Daxili İşlər Nazirliyi isə ötən gün açıqlama yayaraq iddiaları təkzib etmişdi.