Bu qaydaya əməl etməyənlər 5 min manata kimi cərimələnəcəklər - İyulun 1-dən etibarən...


Xəbər verdiyimiz kmi, iyul ayının 1-dən etibarən Azərbaycanda birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qablardan istifadə edənlər cərimələnəcək.
Yeniavaz.com xəbər verir ki, bu “Ətraf mühitin mühafizəsi haqqında” qanunda yer alıb.
Məlumat üçün bildirək ki, ötən il qanuna edilən dəyişiklik nəticəsində bu ilin iyulun 1-dən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsi qadağandır.
Qanunun bu tələbinə əməl etməyən fiziki şəxslər üçün ilk dəfə 1000-1500, növbəti dəfələrdə isə 1500-2000 manat, hüquqi şəxslər barədə isə ilk hal üçün 3000-4000, növbəti dəfə 4000-5000 manat cərimə nəzərdə tutulub.

 

DİGƏR XƏBƏRLƏR

Top