Rusiya ABŞ və İtaliya da daxil olmaqla dünyanın bir sıra ölkəsilə aviareysləri bərpa edir.
Yeniavaz.com “TASS”a istinadən xəbər verir ki, qərara əsasən, Rusiya ABŞ, İtaliya, Belçika, Bolqarıstan, İordaniya, İrlandiya, Cənubi Kipr Respublikası, Şimali Makedoniyaya uçuşları yenidən bərpa edir.
Vaşinqton və Nyu-Yorka həftədə 2, Brüsselə 4, Dublin, Roma və Milana 2, Venesiya və Neapola 4, Larnaka 4, Skopye və Ammana 2 dəfə səfər ediləcək.
Qeyd edək ki, bu gündən etibarən Bakı, Vyana, Qətər, İrəvan, Belqrad, Helsinki, Sürix, Split, Dubrovnik, Pula, Cenevrə, Afina, Selonik və Rodosa olan uçuşların sayı artırılacaq.