Azərbaycanda 17,5 min manata hamam, 20 min manata mal tövləsi satılır


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 27 iyun tarixində keçirəcək.
Yeniavaz.com Komitədədən açıqlanan məlumatlara istinadən bildirir ki, budəfəki hərracda müxtəlif şəhər və rayonlarında yerləşən kiçik dövlət müəssisə və obyektləri təkrar hərraca çıxarılacaq.
Qeyd edək ki, təkrar hərraca çıxarılacaq dövlət müəssisə və obyektlərinin arasında 2 hamam və 1 mal tövləsi də var.
Şirvan şəhəri, Hacıqabul gölünün qərb hissəsində yerləşəb mal tövləsi 20 000 manata satılır. Mal tövləsinin sahəsi 987,5 kv. metr təşkil edir.
Şəki şəhəri, B. məmmədov küçəsi, 39 ünvanında yerləşən hamam 17 500 manata satışa çıxarılıb. Hamamım sahəsi 151,3 kv. metrə, yerləşdiyi torpaq sahəsi isə 213,5 kv. metrə bərabərdir.
Lənkəran şəhəri, A.Mahmudov küçəsi, 156A ünvanında yerləşən hamam isə 75 000 manata satışa çıxarılıb. Hamamım sahəsi 499,8 kv. metrə, yerləşdiyi torpaq sahəsi isə 4479,4 kv. metrə bərabərdir.

DİGƏR XƏBƏRLƏR

Top