İngiltərənin Kent şəhərində avtobus dayanacağında ölkə ordusuna məxsus gizli sənədlər tapılıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, adı açıqlanmayan bir nəfər, İngiltərədə avtobus dayanacağında yaş halda, 50 səhifəlik sənəd tapıb. İngiltərə ordusuna və bir müddət əvvəl Rusiya ilə yaşanan hadisəyə aid gizli sənədlərin dayanacağa kim tərəfindən qoyulduğu məlum deyil. Hadisə ilə bağlı BBC televiziyasına açıqlama verən naməlum şəxs, həmin sənədlərdə Rusiya ilə gərginliyə səbəb olan “HMS Defender” gəmisi ilə əlaqədar gizli məlumatların və İngiltərə ordusunun fəaliyyətini əks etdirən informasiyaların yer aldığını deyib.
Xatırladaq ki, bir müddət əvvəl İngiltərəyə aid gəmi Rusiya sərhədini keçərək üç kilometr məsafədə ərazi sularına daxil olub. Rusiya hərbçiləri sərhədin pozulması barədə xəbərdarlıq etsə də qarşı tərəfdən heç bir reaksiya verilməyib. Bu səbəblə Rusiyanın sərhəd patrul gəmisi xəbərdarlıq atəşi açıb. Daha sonra "Su-24M" qırıcı təyyarəsi havaya qalxaraq gəmi istiqamətində atəş açaraq sərt şəkildə xəbərdarlıq edib.