Bir neçə gündür ki, ölkədə iyun ayına xas olmayan isti hava şəraiti hökm sürür.
Yeniavaz.com Xəzər TV-yə istinadən xəbər verir ki, ötən gün günorta saatlarında Bakıda və bəzi bölgələrdə 42 dərəcə isti olub.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günorta saatlarında Bakıda, Abşeron yarımadasında, bəzi Aran rayonlarında və Naxçıvanda 42 dərəcə isti olub.
Bir neçə gündür ki, ölkə ərazisində müşahidə olunan bu cür günəşli və isti hava şəraiti iyunun 29-dək davam edəcək.
İyul ayının ilk günlərində də paytaxtda hava şəraiti yağmursuz olacaq.
İyulun əvvəllərində bölgələrdə havanın temperaturu 34-39, dağlıq ərazilərdə isə 23-28 dərəcə isti olacaq.