İranın dini lideri Ayətullah Xomeneyi 5 mindən çox məhkum üçün tərtib edilmiş əfv və cəzanın yüngülləşdirilməsi fərmanını təsdiqləyib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, İranın dini lideri qərarı imam Rzanın mövludu və İran Məhkəmə Sistemi işçilərinin həftəsi münasibəti ilə imzalayıb.
Qeyd edək ki, Xomeneyi İran kontitusiyanın 110-cu maddəsinə əsasən, məhkumları bağışlamaq səlahiyyətinə malikdir.