Prezident İlham Əliyevin 24 iyunda imzaladığı sərəncamla Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində və torpaqların azad olumasında göstərdikləri igidliyə görə təltif edilənlərin arasında Medianın İnkişafı Agentliyinin əməkdaşı Vasif Dilavərzadə də var.
Yeniavaz.com xəbər verir ki, vətən müharibəsi qazisi Dilavərzadə Vasif Rasif oğlu iyunun 24-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib, Vasif Dilavərzadə həmçinin 44 günlük Vətən müharibəsindəki şücaətlərinə görə “Vətən ugrunda”, “Cəbrayılın azad edilməsinə görə”, “Kəlbəcərin azad edilməsinə görə” medallarına da layiq görülüb. O, həmçinin “10 illik qüsursuz xidmətə görə” və “Silahlı Qüvvələrin 100 illiyi” medalları ilə təltif edilib.