Rusiya qvardiyasına məxsus helikopter qəzaya uğradı – ölənlər var


Rusiya Milli Qvardiyasına məxsus "Mi-8" helikopterinin qəzaya düşməsi nəticəsində 3 qvardiyaçı dünyasını dəyişib.
Yeniavaz.com
Rusiya mətbuatına istinadən xəbər verir ki, qəzanın təfərrüatı  barədə yerli sakinlər məlumat verib. Onlar bildirib helikopter səmada idarəetməni itirərək yerə doğru irəliləyib. Az sonra isə gözdən itib.
Hadisə Rusiya Fövqaləda Hallar Nazirliyi və Milli Qvardiyanın mətbuat xidməti tərəfindən təsdiqlənib.

DİGƏR XƏBƏRLƏR

Top