"O binaların o şəkildə tikintisinə icazəni təsdiq edən bir qurum da FHN idi"


"Binalar bir-birinin içində tikilib, yolları dar, halbuki Yeni Yasamalın həmin hissəsi lap əvvəldən bom-boş idi, sadəcə, tamahları imkan vermədi ki, geniş yollar qoyulsun. Yolu da satıb yerində bina tikdilər, cahil vətəndaşlar da sabah burada maşın alsam, harada saxlayacam, yanğın söndürmə, təcili tibb maşını bura necə girəcək - heç sorğulamadan mənzil aldılar. 

Yeniavaz.com xəbər verir ki, bu barədə politoloq Fərhad Mehdiyev öz feysbuk hesabında paylaşım edib. O, "Akkord"un binasında baş verən yanğının söndürülməsi zamanı FHN-in yanğınsöndürənlərinin həyətə daxil olmaqda çətinlik çəkiməsinə diqqət çəkib.

"O binaların o şəkildə tikintisinə icazəni təsdiq edən bir qurum da FHN idi, indi FHN-ə bağlı olan yanğınsöndürmə maşınları o binadakı yanğına müdaxilə edə bilmir, azı 2 mərtəbə yandı kül oldu. Korrupsiya bax belə formada can alır, evlər yıxır".

 

 

 

DİGƏR XƏBƏRLƏR

Top