Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvaya yola düşdü


Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 22-dən 24-dək keçiriləcək IX Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq konfransda qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top