Gürcüstanda azərbaycanlılar və svanlar arasında dava olub – 4 nəfər saxlanılıb


Dmanisidə 10 iyun tarixində baş vermiş kütləvi qarşıdurma ilə bağlı 4 nəfər saxlanılıb.

Yeniavaz.com 24News.ge-yə istinadən xəbər verir ki, bu barədə Daxili işlər nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına əsasən, hadisə ilə bağlı 1993-cü, 1999-cu, həmçinin keçmişdə məhkum olunan 1992-ci il və 1993-cü il təvəllüdlü şəxslər saxlanılıb. İstintaq nətiəsində bəlli olub ki, saxlanılan şəxslər 10 iyun tarixində 1982-ci il təvəllədlü L.N və onunla birlikdə olan 1983-cü il təvəllüdlü E.N və 1984-cü il təvəllüdlü R.M-ya qarşı əvvəlcə sözlü, sonra isə fiziki təzyiq göstəriblər. İstintaq cinayət məcəlləsinin 126-cı maddəsi əsasında aparılır. İttiham edilən şəxsləri 2 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Dmanisi sakinlərinin verdiyi məlumata əsasən, hadisə svan əsilli eko-miqrantlar və azərbaycanlılar arasında baş verib. Sakinlərin sözlərinə görə, saxlanılan şəxslər svan əsilli eko-miqrantlardır.

DİGƏR XƏBƏRLƏR

Top