Pandemiya hər sahəyə olduğu kimi, dövlət büdcəsinin neft sektoru üzrə fiskal dayanıqlılıq göstəricilərinə də mənfi təsirlərini ötürüb.
Yeniavaz.com xəbər verir ki, bu məlumat Hesablama Palatasının 2020-ci il dövlət büdcəsinin icrasına dair rəyində yer alıb.
Palatanın rəyində qeyd olunur ki, Neft Fondunun transferti üzrə artım, dövlət büdcəsinin digər neft gəlirləri üzrə azalma müşahidə edilib, əvvəlki illə müqayisədə qeyri-neft büdcə kəsiri artıb. 2020-ci ilin dövlət büdcəsində neftin qiyməti ilkin proqnozda 55 dollar, sonra da dürüstləşmiş büdcədə 35 dollar nisbətində götürülüb. Neft sektorundan daxilolmaların 12 milyard 200 milyon manatını Neft Fondundan transfertlər, 1 milyard 802,1 milyon manatını isə Dövlət Vergi Xidmətinin xətti ilə neft sektorundan daxilolmalar təşkil edib.
Neft-qaz sektorundan büdcəyə daxilolmalar son 2 ildə aşağıdak kimi olub:
2019-cu il | 2020-ci il | |
Neft sektorundan daxilolmalar (CƏMİ) | 13 604,6 milyon manat |
14 002,1 milyon manat |
Dövlət Neft Fondunun transferti | 11 364,3 milyon manat |
12 200 milyon manat |
SOCAR-ın vergi ödənişləri | 1 409,3 milyon manat |
1 198,4 milyon manat |
Hasilatın pay bölgüsü üzrə mənfəət vergisi | 831 milyon manat |
603,7 milyon manat |