Bu ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 967,2 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, satılan benzini və dizel yanacağı ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% çoxdur.
Bu ilin ilk 5 ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 6,4%-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.