Arif Babayevin oğlu: "Atam Türkiyəyə aparılmayıb, Bakıdadır" – YENİLƏNİB

"Arif Babayev Türkiyəyə aparılmayıb, Bakıdadır".

Yeniavaz.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib.

O, bildirib ki, atasının səhhəti normaldır: "Onun Türkiyəyə aparılması ilə bağlı deyilənlər yalandır, hazırda Bakıdadır. Sadəcə yaxın vaxtlarda müayinə üçün Türkiyəyə aparmağı planlaşdırırıq”.


***9 iyun, saat 23:40
Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev səhhətində yaranan problemlərlə əlaqədar olaraq təcili Türkiyəyə aparılıb.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, həkimlər Arif Babayevin Türkiyədə müalicə olunmasını məsləhət görüblər.

Qeyd edək ki, Xalq artisti ötən ilin sentyabrında insult keçirib.

A.Babayev daha əvvəl də Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində əməliyyat olunub.

DİGƏR XƏBƏRLƏR

Top