Qızını döyüb vatsapda anasına göstərən ata haqda araşdırma başladı – RƏSMİ


Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Vəliyev Rauf İsgəndər oğlunun 9 yaşlı qızı Milana Məlikzadəyə işgəncə verməsinin görüntüləri yayılıb.

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirib ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Rauf Vəliyevin 9 yaşlı qızı Milana Məlikzadəyə döyərək işgəncə verməsi və bunu keçmiş həyat yoldaşı Təranə Rzayevaya “Whatsapp” vasitəsilə zəng edərək nümayiş etdirməsi ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırma aparılır. Nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

DİGƏR XƏBƏRLƏR

Top