Pakistanın Sind əyalətinin Dharki şəhəri yaxınlığında baş verən qatar toqquşması nəticəsində ölənlərin sayı 63 nəfərə çatıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, baş verən qəzada 63 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb.
Qeyd edək ki, qəza ötən gün qatarlardan birinin relsdən çıxaraq əks istiqamətdən gələn qatarla toqquşması nəticəsində baş verib.