“Facebook” ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Facebook” və “Instagram” hesablarının fəaliyyətini müşahidə şurasının qərarına əsasən 2 il müddətinə dayandırıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, müşahidə şurası “Facebook”un bundan əvvəl verdiyi qərara hörmətlə yanaşmış, amma müddətsiz bağlanmasına etirazını bildirmişdi. Həmçinin vurğulanıb ki, Tramp tərəfindən yenidən eyni cür addım atılarsa, növbəti dəfə onun hesabları müddətsiz bağlanacaq.
Xatırladaq ki, “Facebook” müşahidə şurası 6 yanvarda Vaşinqtonda baş verən hadisələrdə iştirak edənləri dəstəklədiyi üçün Trampın hər iki sosial şəbəkə hesabı dondurulmuşdu.