Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistanda onlarla insanın ölümünə səbəb olan qatar qəzası ilə bağlı başsağlığı verib.
Yeniavaz.com-un xəbərinə görə, başsağlığı mətni nazirliyin tvitter səhifəsində yayılıb.
“Pakistanın Qotki rayonunda baş verən ölümcül qatar qəzası ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Həyatını itirmiş 30-dan çox sərnişinin ailəsinə dərin hüznlə başsağlığı diləyirik. Yaralananların hamısının tez bir zamanda sağalmasını arzulayırıq. Düşüncələrimiz və dualarımız qardaş Pakistanladır”, - başsağlığında vurğulanıb.