Şəhid jurnalist Məhərrəm İbrahimov valideynlərinin məzarı yanında dəfn olunacaq


Kəlbəcərdə minaya düşərək dünyasını dəyişən AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun dəfn olunacağı yer müəyyənləşib.

Bu barədə jurnalistlərə açıqlamasında M.İbrahimovun qardaşı Əsgər İbrahimov məlumat verib.

Onun sözlərinə görə, M.İbrahimov bu gün Abşeron rayonu, Müşviqabad qəsəbəsindəki qəbirstanlıqda valideynlərinin məzarı yanında dəfn olunacaq.

Qeyd edək ki, dünən səhər saatlarında Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki nəfər üzvü, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb.//report

DİGƏR XƏBƏRLƏR

Top