“AzTV və AZƏRTAC-ın jurnalistləri Ermənistan qoşunlarının Kəlbəcərdən çıxarkən qəsdən yerləşdirdiyi minanın qurbanı olublar”.
Yeniavaz.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.
“Beynəlxalq təşkilatları həmrəyliyə və bu hadisəni pisləməyə çağırırıq. Sirac Abışov və Məhərrəm İbrahimova Allahdan rəhmət diləyirik!”, – o qeyd edib.