Rusiya Ermənistanda sərhəd bölgələrində xidmət edən hərbçilərinin sayını artırıb.
Yeniavaz.com “İnterfax”a istiandla xəbər verir ki, bu barədə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin deyib. O bildirib ki, Rusiya Ermənistanın sərhəd zonalarında təhülkəsizliyi artırmaq üçün kifayət qədər maliyyə dəstəyi ayırıb.
Qeyd edək ki Kopırkin, Azərbaycanla həmsərhəd olan Zəngəzur bölgəsinə səfər edərək bölgədəki vəziyyətlə maraqlanmışdı.