Gömrük Komitəsi 2 ay əvvəl yaranan şirkəti tenderin qalibi seçdi – TƏFƏRRÜAT


Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi məlum olub.
Yeniavaz.com
 xəbər verir ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən keçirilən tenderin qalibi “Hatber SS” MMC olub.
“Hatber SS” MMC 3 iyun – 30 dekabr tarixləri arasında Gömrük İdarəsinə 44 min 405 manat 85 qəpik dəyərində təsərrüfat malları satacaq.
Nizamnamə kapitalı 10 manat olan “Hatber SS” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 4 MKR, ev 56/23-də yerləşir. Qanuni təmsilçisi Bayramova Səbinə Tofiq qızı olan MMC cəmi 4 ay əvvəl – 26.01.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Onu da bildirək ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin elanı dövlət satınalmaları portalına 04.05.2021-ci il tarixində yerləşdirilib. Sənəd qəbulu 4-7 may tarixlərinə aparılıb. Nəticədə, tender elanından cəmi 2 ay əvvəl yaranan şirkət qalib elan olunub.
Açıq internet resurslarda “Hatber SS” MMC barədə heç bir məlumata rast gəlmək mümkün deyil.
Xatırladaq ki, "Dövlət Satınalmaları Haqqında" Qanunun 6-cı maddəsində mal göndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top