Bakıdakı məlumat lövhəsində buraxılan kobud səhvlə bağlı AÇIQLAMA + FOTO


Bakıda istiqamətləri göstərən məlumat lövhələrində yazı xətaları var.
Yeniavaz.com
xəbər verir ki, bu xətaları əks etdirən fotoları jurnalist Vyaçeslav Sapunov sosial şəbəkədəki səhifəsində paylaşıb.
Onun paylaşdığı fotoda əks olunmuş məlumat lövhəsi Bülbül prospekti yaxınlığındadır. Lövhədə “Heydər Əliyev Sarayı” və “Xarici İşlər Nazirliyi”nin adlarının ingilis dilinə tərcüməsi zamanı xətaya yol verildiyi görünür.

“İstiqamətləndirici lövhədə yol verilən səhv qəbuledilməzdir”.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələ ilə bağlı Yeniavaz.com-a açıqlamasında sözügedən lövhələrin podratçı şirkət tərəfindən quraşdırıldığını deyib:
“Nişanlar podratçı şirkətlərdən ərazidə təhvil alınır. Bu nişan da yeni quraşdırılıb. Bu və buna bənzər hərf səhvləri olan zaman podratçı şirkətə bildirilir və qısa vaxtda aradan qaldırılması tələb olunur. Lövhədə qeyd olunan məlumatlar biz tərəfdən ərazi üzrə istiqamətlər düzgün göstərilməklə təqdim olunur. Lakin, podratçı şirkət bu məlumatları lövhədə qeyd edən zaman məlum səhvə yol verib”.
M. Ağayev löhvənin quraşdırılmazdan əvvəl nəzarət edilib-edilməməsi ilə də bağlı araşdırma aparıldığını bildirib.
Agentliyin podratçı şirkətə təqdim etdiyi layihə aşağıdakı kimidir:

DİGƏR XƏBƏRLƏR

Top