Qafqaz Müsəlmanları İdarəsi (QMİ) feysbukdakı izləyicilərinə xəbərdarlıq edib.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı post paylaşılıb və izləyicilərdən etik normalara əməl olunması istənilib:
"Burada paylaşdığımız xəbər və məlumatlara şərh verərkən etik normalara diqqət etmənizi xahiş edirik. Tənqidlə təhqir arasında çox böyük fərq var. Təhqir edib ədəb-ərkandan uzaq davrananlara qarşı xəbərdarlıq edilmədən tədbir görüləcək. Allah sizi xeyirli işlərdə müvəffəq etsin".