Kim Çen In İlham Əliyevə məktub göndərdi


Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen In 28 May - Respublika Günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 
Yeniavaz.com
xəbər verir ki, məktubda deyilir:
“Milli bayramınız - Respublika Günü münasibətilə Koreya Xalq Demokratik Respublikasının hökuməti və xalqı adından Sizə, ölkənizin hökumətinə və xalqına səmimi təbriklərimi çatdırıram.
Koreya və Azərbaycan xalqları müstəqillik, dostluq və qoşulmama ideallarını rəhbər tutaraq birlik və həmrəylik tellərini möhkəmləndiriblər.
Bu xoş fürsətdən istifadə edərək əmin olduğumu bildirirəm ki, Koreya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri daha da genişlənəcək və inkişaf edəcəkdir. Ölkənizin xalqına səmimi-qəlbdən əmin-amanlıq və firavanlıq arzu edirəm”.

DİGƏR XƏBƏRLƏR

Top