Çexiya prezidenti Milos Zemanın gələn həftə vəzifəsindən uzaqlaşdırılması gözlənilir.
Yeniavaz.com “Sözcü”yə istinadən xəbər verir ki, onun vəzifədən getməsi üçün Çexiya Senatının Xarici İşlər, Müdafiə və Təhlükəsizlik Komitəsi təklif irəli sürəcək. Çexiya prezidenti Milos Zemanın konstitusiyaya zidd hərəkət etdiyi və ölkənin mənafeyini nəzərə almadığı iddia edilir.
Çexiya prezident aparatının sözçüsü İrji Ovçaçek sosial şəbəkə hesabından məsələyə münasibət bildirib. O, qərarı prezidentə, kontitusiyaya, azadlıq və demokratiyaya qarşı çevriliş kimi qiymətləndirib.