İngilis ordusunun tanklarında ciddi qüsurlar aşkar edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Daily Telegraph” qəzeti məlumat yayıb. Bildirilib ki, “Ajax” ailəsinin yeni nəsil zirehli texnikaları 2020-ci ilin noyabrından bu ilin martına qədər istifadə edilməyib. Bu, zirehli texnikaya minən şəxslərin oynaqlarında şişkinlik, qulaqlarda davamlı səs-küy əmələ gəlib. Həmçinin tanklar saatda maksimum 30 kilometr saatdan artıq sürətlə irəliləyə bilmir. Hərəkət zamanı titrəmə, atəş açmaqda çətinlik də həmin qüsurlar içərisindədir. Nəşrin yazdığına görə bütün bu qüsurlar 5 milyard dollar dəyərindədir. Yaxın günlərdə İngiltərə ordusu bu barədə etiraf edəcəklər.