Sabirabadda ana və iki oğlu yanğında öldü


Sabirabad rayonunda üç nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, hadisə Zəngənə kəndində qeydə alınıb. Belə ki, kəndddə fərdi yaşayış evi alovlanmağa başlayıb. Hadisə zamanı evdə olan 1994-cü il təvəllüdlü Nağıyeva Şəbnəm Əfsər qızı və onun övladları, 2009-cu il təvəllüdlü Nağıyev Xəyal Elmin oğlu, 2010-cu il təvəllüdlü Nağıyev Ceyhun Emin oğlu yanaraq ölüb.

Yanğın FHN-in Sabirabad Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən söndürülüb.

Məlumata görə, hadisə baş verən zaman çiy kərpicdən tikilmiş fərdi yaşayış evi uçub, nəticədə ana və övladları altında qalıb. Yanğın zamanı hər üç şəxs yanıq xəsarətlərindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top