Azərbaycan da daxil olmaqla 146 ölkədən Türkiyəyə gələn və COVID-19 peyvəndi olunduqlarını göstərən sənədi təqdim edən sərnişinlərdən test tələb olunmayacaq.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Aviasiya Baş İdarəsi məlumat yayıb.
Cədvəldə göstərilən 146 ölkədən Türkiyəyə gələn sərnişinlər 14 gün öncə koronavirusa qarşı peyvənd olunduqlarına və ya son 6 ay ərzində xəstəliyə yoluxduqlarına dair sənəd təqdim etdikdə, karantin tədbirləri tətbiq olunmayacaq. Eyni zamanda həmin şəxslərdən COVID-19 testinin verilməsi tələb edilməyəcək.
Qeyd edək ki, bu ölkəyə girişlərdə vətəndaşlardan peyvəndi vurdurmaqla bağlı sertifikat və ya xəstəlik keçirdiyilə bağlı sənəd təqdim etmədikdə, 72 saat əvvəl verilmiş neqativ nəticəli COVID-19 testinə dair sənəd və ya 48 saat ərzində edilmiş sürətli antigen testinin nəticəsini təqdim etməsi kifayət edəcək. Türkiyədən xaricə gedənlərə isə həmin ölkənin qaydalarına riayət edəcək.