Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tanınmış cüdoçu Rüstəm Orucovun rütbəsini qaldırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə R. Orucovun özü “facebook”da məlumat verib. O bildirib ki, "Baş Leytenant" hərbi rütbəsini ona Sərhədçi İdman Olimpiya Mərkəzinin rəisi, polkovnik Elşən Mirzəyev və Mərkəz rəisinin müavini, idman bölməsinin rəisi, polkovnik-leytenant Firdovsi Umudov təqdim edib.
Qeyd edək ki, karateçi Fəridə Abıyevaya da kapitan rütbəsi verilib.