Ermənistan Müdafiə Nazirliyi Zəngilanda erməni hərbçilərin əsir götürülməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, səhər saatlarında Zəngilan rayonu ərazisində erməni əsgərlərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən əsir götürülməsi barədə məlumat yalandır.
Qeyd edək ki, bu gün Ermənistan mətbuatında 10-a yaxın erməni hərbçinin Azərbaycan ordusu tərəfindən əsri götürüldüyü ilə bağlı xəbərlər yayılmışdı.