İcra başçısı vətəndaşların narazılığını lentə alan şəxsə: "Yığışdır, ə, onu!" – VİDEO


Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun vətəndaşlarla kobud davranmasını əks etdirən kadrlar yayılıb.
Yeniavaz.com
xəbər verir ki, kadrlarda, vətəndaşların icra başçısının onların problemləri ilə maraqlanmamasından narahatlıqlarını dilə gətirdikləri görünür. Bu zaman M. Məmmədov həmin anları lentə alan şəxsə yüksək səslə çəkilişi dayandırmasını tələb edir. O, bununla bağlı ətrafındakılara göstəriş verir.

Məsələ ilə bağlı Tərtər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

DİGƏR XƏBƏRLƏR

Top