Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Sumqayıt Bulvar" MMC tərəfindən elan edilən tender müsabiqələrinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabiqələrinin qalibi fərdi sahibkar Nigar Rauf qızı Bağırova (VÖEN – 1702068062) olub.
Bu şəxs Sumqayıt İcra Hakimiyyəti başçısının tabeliyindəki "Sumqayıt Bulvar" MMC-yə 39 min 550 manat dəyərində adları və miqdarı aşağıda qeyd olunan güllər satacaq.
- Tagetes erecta F1 Antigua – (gül, çiçək açmış) – 5 000 ədəd
- Gazania rigeris F1 Big kiss – (gül, çiçək açmış) – 5 000 ədəd
- Osteospermum Asti – (gül, çiçək açmış) – 5 000 ədəd
- Primula acaulis F1 Primera – (gül, çiçək açmış) – 12 000 ədəd
- Xrezantema – (gül, çiçək açmış) – 4 500 ədəd
- Geran – (gül, çiçək açmış) – 5 000 ədəd
Onu da qeyd edək ki, ötən ilin iyul ayında da "Sumqayıt Bulvar" MMC Nigar Rauf qızı Bağırova (VÖEN – 1702068062) adlı şəxsdən 47 min 950 manat dəyərində ümumilikdə 40 500 ədəd geran, qızılgül, xrezantema, osteopermum və digər adda güllər satın alıb.
Məlumat üçün onu da bildirək ki, ötən ilin iyun ayında keçirilən tenderin qalibi olan zaman fərdi sahibkar Nigar Rauf qızı Bağırovanın dövlət büdcəsinə 363,77 manat borcu olub. Hazırda isə Nigar Rauf qızı Bağırovanın dövlət büdcəsinə 452 manat 21 qəpik borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı "Dövlət Satınalmaları haqqında" Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə mümkün deyil.