Saakaşvilinin partiyası parlamentin boykotunu dayandırıb


Keçmiş prezident Mixail Saakaşvili tərəfindən qurulan Gürcüstan müxalifət partiyası "Birləşmiş Milli Hərəkat", yeddi aylıq boykotdan sonra parlamentdə işə başlayır.
Yeniavaz.com
"TASS"a istinadla xəbər verir ki, bunu bazar günü partiyanın sədri Nika Melia, siyasi şurasının iclasından sonra açıqlayıb.
"Parlament iclas otağında, komitə otaqlarında, Acarıstan Ali Şurasının salonlarında, meydanlarda, küçələrdə, kəndlərdə, bölgələrdə, dağlarda, hər yerdə olsaq da (hakim Gürcü Arzusu partiyasına) qarşı mübarizə aparacağıq. Bidzina İvanişvili (hakim partiyanın qurucusu) hər yerdə müqavimətlə qarşılaşacaq " - deyə, Melia bildirib.

DİGƏR XƏBƏRLƏR

Top