Naxçıvanın Ordubad rayonunda canavar sürüsü insanlara hücum edib.
Yeniavaz.com Trend-ə istinadən xəbər verir ki, hadisə Yuxarı Əylif kəndində qeydə alınıb. Canavarların hücumu nəticəsində iki böyük, iki yeniyetmə olmaqla, ümumən 4 nəfər xəsarət alıb.
Naxçıvan təcili tibbi yardım xidmətindən Trend-ə bildirilib ki, onlar 1977-ci il təvəllüdlü Bədəlov Əli Məcnun oğlu, 1966-cı il təvəllüdlü Məmmədov Əkbər Cavad oğlu, 2008-ci il təvəllüdlü Qəhrəmanov Təyyar Əbülfəz oğlu və 2005-ci il təvəllüdlü Qəhrəmanova Məryəm Rafiq qızıdır.
Hazırda həmin şəxslərdən bir nəfəri, M. Qəhrəmanovanın vəziyyəti yaxşı olduğundan evə buraxılıb. Digər şəxslərdən birinin isə vəziyyəti nisbətən ağır olduğundan Naxçıvan şəhərinə göndərilib.
Qeyd edək ki, hadisə may ayının 27-də baş verib.
***12:43
Ordubadın kəndlərindən birində canavar sürüsü şagirdlərə hücum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, hadisə nəticəsində şagirdlər ağır yaralanıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Həmin görüntüləri təqdim edirik: