Əməkdar artist Zöhrə Abdullayeva dəfn edilib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, müğənni Xırdalan şəhər qəbiristanlığında anasının yanında torpağa tapşırılıb.
Dəfn mərasimində müğənninin yaxınları və sənət yoldaşları iştirak edib.
Qeyd edək ki, bu gün səhər saatlarında vəfat edən əməkdar artist uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. Müğənni ölümünə qədər xəstəxanada müalicə olunurdu.