BMT İnsan Hüquqları Şurasının qərarı İsraili narazı saldı


Birləşmiş Millətlər Təşkilatı (BMT) İnsan Hüquqları Şurası İsrailə qarşı beynəlxalq araşdırmaya başlamağa qərar verib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatın bu qərarı verməkdə məqsədi İsrailin son hücumları vaxtı fələstinlilərin insan haqlarını davamlı şəkildə pozması olub. İstintaq layihəsi BMT-yə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Fələstin nümayəndə heyəti tərəfindən təqdim olunub. Layihənin lehinə 47, əleyhinə 9 səs verilib, 14 nəfər isə bitərəf qalıb.
Qərarın illərdir davam edən Yaxın Şərq münaqişəsində sui-istifadə hallarının və onların əsas səbəblərinin yüksək səviyyədə araşdırılmasına gətirib çıxaracağı gözlənilir.
Xatırladaq ki, şura Fələstinin işğal altındakı torpaqları mövzusunda xüsusi iclasda Türkiyəni xarici işlər naziri Mövlud Çavuşoğlu videogörüntü vasitəsilə təmsil edib. O, iclas vaxtı bildirib ki, Fələstinin öz müstəqil dövləti olmasa, bu münaqişə bu formada da davam edəcək.
İclasda Avstriya, İngiltərə və Almaniya qərarın əleyhinə olub, Fransa və Niderland isə bitərəf qalıb.
Qeyd edək ki, Fələstin təşkilatın bu qərarından razı qalsa da, İsrailin baş naziri Benyamin Netanyahu bu addımı utancverici qərar kimi qiymətləndirib.
ABŞ da öz növbəsində qərardan narazı qalıb. Onların fikrincə, qərar bu günə kimi qət edilmiş yolu təhlükə qarşısında qoyacaq.
 

DİGƏR XƏBƏRLƏR

Top