"Azərbaycanda kredit məsələsi düzəlmir ki, düzəlmir" – Siyavuş Novruzov


“Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra çox sahədə islahatlar aparıldı, amma kredit məsələsi düzəlmir ki, düzəlmir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

eputatın fikrincə, səbəb odur ki, biz kredit alanı yoxlayırıq, kredit verəni yox: “Azərbaycanda 4 bank bağlandı. Bunu neçə illər ərzində yoxlayan olmayıb. İkincisi, kredit faizləri çox yüksəkdir. Depozitə götürmə ilə kredit arasında 10-12% fərq verir. Nəticə etibarilə bu yoxlama ondan ibarət olmalıdır ki, 24%-ə kredit götürən şəxs bunu ödəyə biləcəkmi? Digər məsələ girov qoyulması ilə bağlı problemdir. Götürülən kreditin 2-3 qatı girov tələb edilir. Nəticədə vətəndaş yaşadığı evi banka girov qoyur, 24%-i ödəyə bilmir, bank evini əlindən alır. Kredit məsələsinə fundamental yanaşılmalı, bu problem həllini tapmalıdır. Güzəştli kreditlərdə də eyni problemdir. Bizim borcumuz vətəndaşlarımıza dəstək verməkdir. Biz vətəndaşı elə boğuruq ki, əlində olanı-qalanı da gətirib banka qoymalı olur”. //APA

DİGƏR XƏBƏRLƏR

Top