Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanaya səfəri çərçivəsində avstriyalı həmkarı Aleksandr Şallenberqlə görüşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə nazir Ceyhun Bayramov “Twitter”də məlumat verib. O bildirib ki, görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi, COVID-19 pandemiyasına dair geniş miqyaslı suallar müzakirə olunub:
“Münaqişədən sonrakı vəziyyət, azad edilən ərazilərdə davam edən reabilitasiya və yenidənqurma layihələri ilə bağlı Avstriya xarici işlər naziri Şallenberqə məlumat verdim”.