26 yaşlı pakistanlı evlilik təklifini rədd edən qızı öldürdü


Pakistanda varlı ailənin 26 yaşlı oğlu Zahir Cadun evlilik təklifini rədd edən gənc qız Zayra Zülfiqarı silahla vuraraq öldürüb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, onlar toy məclisində tanış olublar. Bir müddət sonra Cadun Zayraya evlilik təklif edib. İngiltərədə hüquq fakültəsində oxuyan gənc qız onun bu təklifini qəbul etmədiyi üçün oğlan onu silahla vuraraq öldürüb.
Gənc qız öldürülməmişdən bir neçə gün əvvəl polisə Cadun tərəfindən qaçırılma və ya öldürülmə ilə bağlı şikayət edib. Polisin məsələyə biganə qaldığı bildirilib.
Hadisədən sonra Cadun və dostları bir müddət yoxa çıxıb. Daha sonra gənc oğlan polisə gedərək törətdiyi cinayəti etiraf edib. Hazırda istintaq işi davam etdirilir.
Qeyd edək ki, Zahir Cadun tez-tez instaqramda silahla şəkillər yayımlayırdı.

DİGƏR XƏBƏRLƏR

Top