Xırdalan şəhərində abadlıq işlərinə 1,4 milyon manat ayrıldı


Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi “MSDIS Holding” MMC olub.
Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi “MSDIS Holding” MMC -yə Xırdalan şəhərində abadlıq və təmir işlərinin görülməsi üçün 1 milyon 362 min 482 manat 86 qəpik ödəyəcək.
Abadlıq və təmir işləri  "Ana və uşaq" parkında, “Əlillər binası” parkında, Heydər Əliyev prospektində,  "1941-1945" parkında, M.Ə.Rəsulzadə küçəsində, Bakı -Sumqayıt yolunda və H.Əliyev parkında aparılacaq. 
Məlumat üçün bildirək ki,  “MSDIS Holding” MMC təxminən 1 il əvvəl – 10.06.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 2 milyon 572 min 500 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Xətai pr. Ev 24-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nağıyev Mirfəyyaz Oktay oğludur. 
Onu da bildirək ki,  Nağıyev Mirfəyyaz Oktay oğlu 24.09.2018-ci idə qeydiyyata alınan “MS Group Holding” MMC, “MS Group Consulting” MMC və “Enerjiquraşdırma-M” MMC-nin də qanuni təmsilçisi olub. 
“MSDIS Holding” MMC-nin rəsmi saytında bildirilir ki, şirkıt 1 il əvvəl yaranmasına baxmayaraq 312 layihə həyata keçirib. 
Qeyd edək ki, Abşeron rayonu ərazisində fəaliyyət göstərən “MS OIL” yanacaqdoldurma məntəqələrinin sahibi də “MSDIS Holding” MMC-dir.

DİGƏR XƏBƏRLƏR

Top